Putin: "Konstitusiyada respublikaların SSRİ-dən çıxmaq hüququ haqqında tezis yavaş fəaliyyət göstərən mina idi"

Putin: "Konstitusiyada respublikaların SSRİ-dən çıxmaq hüququ haqqında tezis yavaş fəaliyyət göstərən mina idi"
# 05 iyul 2020 18:07 (UTC +04:00)

“Sovet konstitusiyasında respublikaların SSRİ-dən çıxmaq hüququ haqqında Leninin tezisi qoyulmuşdu. Rusiyanın bu cür şeylərdən qaçması lazımdır”.

APA nın Moskva müxbirinin verdiyi məlumata görə , bunu Rusiya prezidenti Vladimir Putin Rossiya 1 telekanalında yayımlanan Moskva .Kreml. Putin proqramına müsahibəsində bildirib .

Onun sözlərinə görə , SSRİ Konstitusiyasında respublikaların İttifaqdan çıxmaq hüququ haqqında "yavaş fəaliyyət göstərən mina" olub:

“Bu, Leninin respublikaların ittifaqdan hüququ haqqında tezisi idi. Bu, hələ 1922-ci ildə Sovetlər İttifaqı yaradılan zaman qoyulmuşdu. Ona görə də, hazırkı Konstitusiyaya düzəlişlərin edilməsi ilə bağlı qərar tamamilə düzgün idi. Bu düzəlişlər bizim dövlətçiliyimizi möhkəmləndirəcək, ölkəmizin onilliklər boyu mütərəqqi inkişafı üçün şərait yaradacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR