Putin Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini imzalayıb

Putin Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini imzalayıb
# 14 mart 2020 15:08 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini imzalayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbər görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Rusiya Dövlət Duması ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı Prezident Vladimir Putin tərəfindən parlamentə təqdim olunan qanun layihəsini qəbul edib. Daha sonra parlamentin yuxarı palatası olan Federasiya Şurası və regional parlamentlər həmin qanun layihəsini təsdiqləyibər.

Qanun layihəsinə görə, mövcud Konstitusiyaya 171 dəyişiklik edilməsi planlaşdırılır.

Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR