Putin Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi münasibətilə təbrik edib

Putin Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi münasibətilə təbrik edib
# 10 avqust 2020 12:25 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkoya Belarusda keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik teleqramı göndərib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətində istinadən verdiyi məlumata görə, Rusiya Prezidenti belaruslu həmkarını qələbə münasibəti ilə təbrik edib.

“Ümid edirik ki, sizin dövlətçilik fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı sərfəli Rusiya-Belarus münasibətlərinin gələcək inkişafına, İttifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşməsinə, Avrasiya İqtisadi Birliyi və MDB xətti ilə inteqrasiya proseslərinin, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Bu, şübhəsiz ki, Rusiya və Belarus qardaş xalqlarının maraqlarına cavab verir”, - deyə Rusiya dövlət başçısının təbrik teleqramında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR