Putin Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib

Putin Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib
# 15 yanvar 2020 17:59 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, V. Putin Təhlükəsizlik Şurası sədrinin müavini postunun yaradılması barədə göstəriş verib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədri V. Putindir.

Xatırladaq ki, Rusiya hökuməti istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR