Putin Navalnının ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə etdiyini bildirib

Putin Navalnının ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə etdiyini bildirib
# 17 dekabr 2020 14:35 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin müxalif Aleksey Navalnının ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə etdiyini bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün keçirilən illik mətbuat konfransında V. Putin Navalnını kimin zəhərləməsi ilə bağlı suala cavabında deyib.

O, Berlində xəstəxanada müalicə alan A. Navalnının ABŞ xüsusi xidmət orqanlarının dəstəyindən istifadə etdiyini vurğulayıb: “Lakin bu o demək deyil ki, onu zəhərləmək lazımdır. Əgər onu zəhərləmək istəsəydilər zəhərləyərdilər. Kimə lazımdır o?!”

V. Putin Navalnı barədə təhqiqatları ABŞ xüsusi xidmət orqanlarının materiallarının leqallaşdırılması adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR