Putin Rusiyada Prezidentlik müddətinin ləğv olunması barədə təklifin əleyhinə çıxıb

Putin Rusiyada Prezidentlik müddətinin ləğv olunması barədə təklifin əleyhinə çıxıb
# 10 mart 2020 16:46 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumat görə, Rusiya dövlət başçısı bu barədə bu gün Dövlət Dumasında çıxışında bildirib.

Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V. Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib: “Bizə alternativsiz seçki lazım deyil. Seçkilər açıq və rəqabətli olmalıdır”.

Qeyd edək ki, deputat Valentina Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib, prezidentlik müddətinin ləğv olunmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR