Putin Rusiyanın Belarusdakı səfirini vəzifədən azad edib

Putin Rusiyanın Belarusdakı səfirini vəzifədən azad edib
# 20 mart 2021 00:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Mezentsevi vəzifəsindən azad edib.

APA TASS-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya prezidenti cümə günü fərman imzalayıb.

Qeyd edək ki, 61 yaşlı diplomat bu vəzifəyə 2 il bundan əvvəl təyin edilmişdi.

Qeyd edək ki, RİA Novosti Rusiyanın Belarusa təyin ediləcək səfir vəzifəsinə namizəd kimi Yevgeni Lukyanovun adının hallandığını yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR