Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib

Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib
# 29 iyun 2020 16:14 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, videokonfrans formatında keçirilən iclasda daxili və xarici siyasət məsələləri, eləcə də postsovet məkanında inteqrasiya prosesləri müzakirə edilib.

İclasda Baş Nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev, Şuranın katibi Nikolay Patruşev, Prezident Administrasiyasının sədri Anton Vayno, Daxili İşlər naziri Vladimir Kolokoltsev, Xarici İşlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və prezidentin təbiətin mühafizəsi və ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR