Putin daha iki dəfə prezidentliyə namizədliyini irəli sürə biləcək

Putin daha iki dəfə prezidentliyə namizədliyini irəli sürə biləcək
# 31 mart 2021 12:47 (UTC +04:00)

Rusiya Federasiya Şurası dövlət başçısı Vladimir Putinə yenidən prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanunu təsdiqləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yeni qanuna əsasən, hazırkı prezident Vladimir Putin daha iki dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ əldə edir.

Qeyd edək ki, ötən ilin yayında ölkə konstitusiyasına edilən dəyişiklik və əlavələrə görə Rusiya Prezidenti Vladimir Putinin əvvəlki prezidentlik müddətləri sıfırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR