Putin hələlik koronavirusa qarşı peyvənd olunmadığını açıqlayıb

Putin hələlik koronavirusa qarşı peyvənd olunmadığını açıqlayıb
# 17 dekabr 2020 13:40 (UTC +04:00)

“Hələlik koronavirusa qarşı peyvənd olunmamışam”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.

Bununla belə o, mütləq peyvənd olunacağını deyib.

Hər kəsi mütəxəssislərin çağırışlarına diqqətlə yanaşmağa çağıran V. Putin qanunlara əməl edən biri kimi, lazım bilinən anda peyvənd olunacağını bildirib.

V. Putin koronavirusa qarşı kütləvi vaksinasiyanın vacib olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR