Putin ittifaq dövləti çərçivəsində Belarusla əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb

Putin ittifaq dövləti çərçivəsində Belarusla əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb
  • Clock-gray 12:06
  • calendar-gray 03 İyul 2020

“İttifaq dövləti çərçivəsində əlaqələrin və konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi Rusiya və Belarus qardaş xalqlarının maraqlarına cavab verir”.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, Rusiya Prezidenti Vladimir Putinin Belarus Respublikasının müstəqillik günü münasibətilə Prezident Aleksandr Lukaşenkoya göndərdiyi təbrik teleqramında əksini tapıb.

Təbrikdə bildirilib ki, Rusiya və Belarus arasındakı münasibətlər dostluq və müttəfiqlik ruhunda inkişaf edir.

“Xarici siyasət və müdafiə sahələrində məhsuldar ikitərəfli əməkdaşlıq və səylərin əlaqələndirməsi qurulub. Ticarət, iqtisadi, humanitar, elmi-texniki və digər sahələrdə genişmiqyaslı müştərək layihələr həyata keçirilir. Əminəm ki, Rusiya-Belarus əlaqələrinin gələcəkdə möhkəmləndirilməsini bütün istiqamətlərdə, eləcə də İttifaq dövləti, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlığı biz birlikdə təmin edə bilərik. Bu, şübhəsiz ki, ölkələrimizin qardaş xalqlarının köklü maraqlarına cavab verir”, - deyə qeyd olunub.

Fərid Əkbərov

Digər xəbərlər