Putin: "Ərdoğanla aramazındakı sıx şəxsi təmas beynəlxalq problemlərin həllinə ümumi yanaşmanı tapmağa imkan verir"

Putin: "Ərdoğanla aramazındakı sıx şəxsi təmas beynəlxalq problemlərin həllinə ümumi yanaşmanı tapmağa imkan verir"
# 05 mart 2020 21:54 (UTC +04:00)

Rusiya və Türkiyə İdlibdəki problemin məqbul həllini tapıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz Suriyada baş verənləri qiymətləndirməkdə heç də hər zaman türkiyəli tərəfdaşlarımızla razı deyilik. Lakin hər dəfə kritik anlarda ikitərəfli münasibətlərdə əldə olunmuş yüksək səviyyəyə söykənərək, indiyədək mübahisəli anlarda kəsişmə nöqtəsini, məqbul qərarı tapa bilirik. Bu dəfə də belə oldu", - deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya və Türkiyə liderləri arasındakı şəxsi təmaslar beynəlxalq problemlərin həllinə ümumi yanaşmanı tapmağa imkan verir: "Bizim aramızdakı sıx şəxsi təmas ikitərəfli əməkdaşlığa və əsas beynəlxalq problemlərin nizamlanmasına ümumi yanaşmaların işlənib hazırlanmasına imkan verir. Bugünkü danışıqlarımızın yekunu olaraq Rusiya və Türkiyə Suriya münaqişəsinin nizamlanması ilə bağlı birgə sənədi razılaşdırıblar. Sənədin müddəalarını Xarici İşlər nazirləri açıqlayacaqlar. Bu sənəddə bizim Prezident Ərdoğanla birlikdə bugünkü 6 saatdan çox davam edən məsləhətləşmələr zamanı işlənib hazırlanan qərarlar öz əksini tapıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR