Putin sabiq Baş prokuroru yeni vəzifəyə təyin edib

Putin sabiq Baş prokuroru yeni vəzifəyə təyin edib
# 22 yanvar 2020 13:46 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin sabiq Baş prokuror Yuri Çaykanı yeni vəzifəyə təyin edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, V. Putinin imzaladığı müvafiq fərmana əsasən, Y. Çayka Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Fərman imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurasının plenar iclasında Y. Çayka Baş prokuror vəzifəsindən azad olunub. V. Putin tərəfindən namizədliyi irəli sürülmüş İqor Krasnov iclasda Baş prokuror vəzifəsinə təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR