Putin və Lukaşenko Rusiyada görüşəcəklər

Putin və Lukaşenko Rusiyada görüşəcəklər
  • Clock-gray 13:37
  • calendar-gray 18 Fevral 2021

Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko görüşəcəklər.

APA-nın BelTa-ya istinadən verdiyi xəbərə görə, bu barədə A. Lukaşenko Belarus-Rusiya İttifaq Dövlətinin dövlət katibi Qriqori Rapota ilə görüşdə bildirib.

“Mən və Putin xeyli müddət əvvəl fevralın 20-dən sonra görüşüb, iki ölkə arasında əməkdaşlığın bəzi sahələri barədə müzakirələr aparmaq barədə razılığa gəlmişik. Lakin dərhal deməliyəm ki, bəziləri gündəmi tutur və iddia edirlər ki, guya mən Rusiyaya 3 milyard dollar istəmək üçün gedirəm. Xeyr, mən Rusiyaya nə isə istəməyə getmirəm”, - deyə Belarus dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, səfəri çərçivəsində Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə də görüşəməyi planlaşdırır. 

Zümrüd Paşkin

Digər xəbərlər