Putin və Lukaşenko arasında danışıqlar 5 saatdan çox davam edib

Putin və Lukaşenko arasında danışıqlar 5 saatdan çox davam edib
  • Clock-gray 03:05
  • calendar-gray 08 Dekabr 2019

 

 Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasındakı danışıqlar 5 saat 50 dəqiqə davam edib. 

APA-nın Rusiya bürosunun xəbərinə görə, Soçidə keçirilən görüşün ümumi hissəsi iki saata yaxın olub. 

Daha sonra dövlət başçıları söhbəti naharda təkbətək davam etdiriblər.

Dmitri Medvedev və Sergey Rumasın rəhbərlik etdikləri nümayəndə heyətləri də işgüzar nahar formatında danışıqlar aparıblar. 

Putin və Lukaşenko yenidən nümayəndə heyətləri ilə birgə müzakirələrə qatılıblar.

Qeyd edək ki, Putin və Lukaşenko arasında baş tutan danışıqlar Soçidə Rusiya və Belarus İttifaq Dövlətinin yaradılmasının 20 illiyinə həsr olunan görüş çərçivəsində keçirilib. 

Danışıqlar zamanı Belarus lideri bundan sonra inteqrasiya üçün bərabər neft və qazın qiymətlərinin tətbiq olunmasının vacibliyini bəyan edib: "Əgər bizim müəssisələr 200 dollara qaz alırlarsa, demək, bizimlə rəqabətdə olan müəssisələr də bu qiymətə qaz almalıdırlar".

 

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date