Putin və Makron arasında telefon danışığı olub

Putin və Makron arasında telefon danışığı olub
# 17 aprel 2020 16:20 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı prezidentlər koronavirus pandemiyasının yayılması vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar və bir-birilərini ölkələrində bu infeksiyaya qarşı görülən tədbirlər barədə məlumatlandırıblar.

E. Makron Fransa vətəndaşlarının vətənə qayıtması, habelə tibbi vasitə və cihazların nəqli məsələlərində vasitəçiliyinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

Rusiya və Fransa liderlərinin telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının daimi üzv ölkələri başçılarının işgüzar görüşünün videokonfrans formatında təşkilinin mümkünlüyü də müzakirə olunub.

Bundan başqa, Putinlə Makron Ukrayna münaqişəsi daxil olmaqla, beynəlxalq gündəmdə olan bir sıra məsələlərə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR