Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır

Putin və Təhlükəsizlik Şurasının üzvləri İdlibdə baş verənlərdən narahatdır
  • Clock-gray 17:31
  • calendar-gray 28 Fevral 2020

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri İdlibdə baş verənlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Təhlükəsizlik Şurasının bugünkü təcili iclasında Rusiya Prezidentinin və Təhlükəsizlik Şurası üzvlərinin Türkiyə hakimiyyətinin ölkədə olan Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görəcəyinə ümid etdiklərini söyləyib.

İclas zamanı qeyd olunub ki, İdlibdə Türkiyə hərbçiləri müşahidə postlarından kənarda olmamalıdır: “Həmin postların işinə terrorçuların fəaliyyətinə nəzarət etmək, onların aktivliyinə imkan verməmək, Rusiya hərbi obyektlərinə qarşı aqressiv fəaliyyəti barədə xəbərdarlıq etmək daxil idi. Lakin türkiyəli tərəfdaşlar bu tapşırığı yerinə yetirə bilmədilər. Belə ki, silahlıların böyük əksəriyyəti onların nəzarətində deyil".

Fərid Əkbərov

Digər xəbərlər