Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Qarabağdakı vəziyyət müzakirə olunub

Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Qarabağdakı vəziyyət müzakirə olunub
# 26 fevral 2021 15:45 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müşavirədə Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət müzakirə olunub.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, - deyə Rusiya prezidenti müşavirədə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR