Qaqik Tsarukyan koronavirusa yoluxub

Qaqik Tsarukyan koronavirusa yoluxub
# 30 iyun 2020 18:14 (UTC +04:00)

“Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentində “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Şeyk İsayan məlumat verib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın Milli Təhlükəsizlik Xidməti Q. Tsarukyana qarşı cinayət işinin başlanılması ilə bağlı açıqlama yayıb. Q. Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir. İyunun 16-da parlamentin iclasında Q. Tsarukyanın deputat toxunulmazlığı da ləğv edilib. Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyanın həbsi barədə Baş prokurorun ikinci müraciətini təsdiqləyib. O, 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR