Qarabağda itirilmiş hərbçilərə görə Ermənistanda üçgünlük matəm keçirilir

Qarabağda itirilmiş hərbçilərə görə Ermənistanda üçgünlük matəm keçirilir
# 19 dekabr 2020 01:51 (UTC +04:00)

Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı itirilmiş hərbi qulluqçalara görə Ermənistanda üçgünlük ümummilli matəm başlayıb.

APA TASS-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, dekabrın 19-da Respublika meydanından “Yerablur” xatirə kompleksinə doğru matəm yürüşü təşkil olunacaq. Bu yürüşə Baş nazir Nikol Paşinyan başçılıq edəcək.

Bundan başqa, müxalifət tərəfdarları da Azadlıq meydanından “Yerablur” kompleksinə doğru yürüş keçirmək niyyətindədirlər. Onlar işğal edilmiş Azərbaycan torpaqları uğrunda gedən döyüşlər zamanı Ermənistanın uğursuzluğuna görə N.Paşinyanı günahlandırırlar. Müxalifətçilərin liderləri baş nazirin matəm tədbirlərində iştirakına əngəl yaradacaqlarını bildirirlər. Bu, müəyyən gərginlik və müxalifətlə polis qüvvələri arasında toqquşmaların ola biləcəyi ehtimalını yaradır.

Qeyd edək ki, Ermənistan rəhbərliyi Qarabağda gedən hərbi əməliyyatlar zamanı təxminən 3 min hərbi qulluqçusunun öldüyünü açıqlayıb. Həmçinin çox sayda itkin düşənlər də var. Atəşkəs elan olunandan bəri Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda artıq 969 erməni hərbçisinin cəsədi aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR