Qarabağda itkin düşmüş hərbçilərin valideynləri Ermənistan MN-in binasına daxil olublar

Qarabağda itkin düşmüş hərbçilərin valideynləri Ermənistan MN-in binasına daxil olublar
# 16 dekabr 2020 13:26 (UTC +04:00)

Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin (MN) binasına daxil olublar.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, MN-in binasının qarşısına toplaşan itkin düşmüş hərbçilərin valideynləri onlara övladları barədə məlumat verilməsini tələb ediblər.

İtkin düşmüş hərbçilərin valideynləri MN-in binasına buraxılmayıb, habelə Nazirliyin rəsmi şəxslərindən heç kim hərbçilərin yaxınlarının qarşısına çıxmayıb. Belə olan halda isə qarışıqlıq yaranıb və itkin düşmüş hərbçilərdən birinin yaxını hasardan keçərək Müdafiə Nazirliyinə daxil olub.

Daha sonra isə digər şəxslər nəzarət-buraxılış məntəqəsindən Nazirliyə buraxılıblar.

Qeyd edək ki, artıq uzun müddətdir Qarabağda itkin düşmüş hərbçilərin yaxınları Ermənistan MN-in binası qarşısına toplaşaraq etiraz edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR