Qarabağdan qaçaqmalçılıq yolu ilə Ermənistana xeyli sayda silah-sursat keçirən qrup ifşa edilib

Qarabağdan qaçaqmalçılıq yolu ilə Ermənistana xeyli sayda silah-sursat keçirən qrup ifşa edilib
# 15 yanvar 2021 13:05 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Qarabağdan qaçaqmalçılıq yolu ilə ölkəyə xeyli sayda silah-sursat keçirən qrupu ifşa edib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan MTX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət planı S.B. adlı İrəvan sakini tərəfindən hazırlanıb.

Həmin şəxs sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra könüllü olaraq Qarabağa gedib. O, bir qrup şəxslə əlbir olaraq qanunsuz şəkildə əldə etdiyi avtomatları İrəvanda yerləşən mənzilinə aparıb.

Noyabr ayının əvvəlində S.B. əldə etdiyi silahları 500-600 ABŞ dolları məbləğində satmağa hazırlaşıb. Axtarış zamanı avtomatlar, güllələr və digər döyüş sursatları onun mənzilində aşkarlanıb.

Daha sonra Syünik vilayətinin Tex kəndində (Gorus yaxınlığında) İrəvana qanunsuz daşınma və satış üçün nəzərdə tutulmuş silahların saxlanıldığı anbarlar tapılıb.

Ümumilikdə 43 “Kalaşnikov” avtomatı, 280 ədəd 7.62 mm-lik patron, 23 qutu 5.45 mm-lik patron, optik nişangahlar, bir ədəd qumbara və digər silah-sursat aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR