Qazaxda mikroavtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində 1 nəfər ölüb - FOTO

Qazaxda mikroavtobusun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində 1 nəfər ölüb - FOTO
# 21 mart 2020 15:07 (UTC +04:00)

Ötən gecə Qazaxda baş verən qəzadan sonra xəstəxanaya yerləşdirilən bir nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə ölən şəxs 30 yaşlı Qorxmaz Murquzovdu.

Qeyd edək ki 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası gecə saatlarında Bakı Qazax Gürcüstan avtomagistral yolunun rayonun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki yüksək sürətlə idarə olunan “VAZ 2107“, markalı minik maşını "Mercedes" markalı mikroavtobusa, sonra Land Cruiser"-ə çırpılıb.

Qəza nəticəsində 3 avtomobildə olan 5 nəfər xəsarət alıb . Hadisə yerinə Fövqəladə hallar nazirliyinin Dövlət yanğından Mühafizə idarəsinin əməkdaşları cəlb olunub. “VAZ 2107“, markalı avtomobildə sıxılıb qalan 3 nəfər deformasiyaya uğrayan avtomobildə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 5 nəfər xəstəxanaya aparılıb . Bunlar 29 yaşlı Vüqar Bənnayev, 31 yaşlı Afiq Carciyev, 30 yaşlı Qorxmaz Murquzov və 30 yaşlı İkram Qocayev və 10 yaşlı Təranə Məmmədovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR