Qazaxıstan paytaxtında karantin rejimi gücləndirilib

Qazaxıstan paytaxtında karantin rejimi gücləndirilib
# 24 iyun 2020 13:25 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində karantin rejimi ilə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

APA-nın “Kazaxinform”a istinadən verdiyi məlumata görə, COVID-19 virusunun yayılma riskinin azaldılması məqsədi ilə şəhərdə bir sıra məhdudlaşdırıcı tədbirlər görüləcək.

Müvafiq qərarla iyunun 23-dən etibarən şəhərdə bütün uşaq bağçalarının fəaliyyəti dayandırılıb. Çalışan valideynlərdən biri distansiyalı iş rejiminə keçə bilər.

Şəhər poliklinikalarında qəbullar və xəstə müayinəsi də dayandırılıb. Dispanser qeydiyyatda olan xəstələrlə müayinə distansiyalı şəkildə aparılacaq və dərman vasitələri evlərə göndəriləcək.

Bundan başqa, sakinlərdən insanların kütləvi toplaşdığı yerlərə getməmək, ara məsafəsini qorumaq və tibbi maska taxmaq tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR