Qazaxıstan səfirliyi Azərbaycanda yaşayan ölkə vətəndaşlarına xəbərdarlıq edib

Qazaxıstan səfirliyi Azərbaycanda yaşayan ölkə vətəndaşlarına xəbərdarlıq edib
# 19 mart 2020 19:59 (UTC +04:00)

Qazaxıstan səfirliyi Azərbaycanda yaşayan ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə APA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirliyin məlumatında bildirilib ki, Qazaxıstan Respublikasında fövqəladə vəziyyətin elan olunması ilə bağlı Dövlət Komissiyasının qərarına əsasən yaxın gələcəkdə Aktau limanında məhdudiyyətlər tətbiq olunacaq və bu səbəbdən Azərbaycandan (Ələt limanı) Qazaxıstana bərə ilə getməyi planlaşdıran Qazaxıstan vətəndaşları yaxın zamanda ölkəni tərk etməlidir.

Bu məhdudiyyət yük maşını sürücülərinə şamil edilmir.

"Səfirlik Qazaxıstan Respublikasının Azərbaycandakı vətəndaşlarına (həmçinin Qazaxıstan Respublikasında yaşamaq icazəsi almış əcnəbilər/ vətəndaşlığı olmayan şəxslər) martın 22-dək Qazaxıstana qayıtmaq üçün tədbirlər görməyi tövsiyə edir. Bakı-Moskva-Qazaxıstan marşrutu üzrə uçuşlar martın 23-dək həyata keçiriləcək. Qazaxıstan Respublikasına uçuşlarını planlaşdırarkən, vətəndaşlarımızdan xahiş edirik ki, uçuş cədvəlindəki dəyişikliklər barədə məlumatları diqqətlə izləsinlər", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR