Qazaxıstanda koronavirus qurbanlarının sayı 7-yə çatıb

Qazaxıstanda koronavirus qurbanlarının sayı 7-yə çatıb
# 08 aprel 2020 12:25 (UTC +04:00)

Qazaxıstanda koronavirusdan daha bir nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qazaxıstanda koronavirusdan ölənlərin sayı 7 nəfərə yüksəlib.

Qazaxıstanda koronavirusa yoluxan xəstələrin sayı 709 nəfərdir.

Xatırladaq ki, martın 16-dan etibarən ölkədə fövqəladə hal elan edilib. Martın 19-dan isə Nur-Sultan və Almatı şəhərlərində karantin rejimi tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR