Qazaxıstanda yataqxanada partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb - YENİLƏNİB

Qazaxıstanda yataqxanada partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb - YENİLƏNİB
# 21 fevral 2021 19:35 (UTC +04:00)

Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli yataqxanada partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Şimali Qazaxıstan departamenti açıqlayıb.

Dağıntılar altından bir qadının meyiti çıxarılıb.

Bundan əvvəl partlayış nəticəsində xəsarət alan bir gənc oğlan xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

***

saat17.39

Bu gün Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli yataqxananın birinci mərtəbəsində yerləşən kafedə qaz balonu partlayıb.

APA-nın “Kazinform” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış binada dağıntılara yol açıb.

Nəticədə 1 nəfər ölüb, 2-i ağır olmaqla, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Binadan 120 nəfər evakuasiya edilib. Hazırda xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR