Qırğız Respublikasında prezident seçkilərində Sadır Japarov qalib gəlir - YENİLƏNİB-2

Qırğız Respublikasında prezident seçkilərində Sadır Japarov qalib gəlir - YENİLƏNİB-2
# 10 yanvar 2021 18:53 (UTC +04:00)

Qırğız Respublikasında keçirilən prezident seçkilərində Sadır Japarov qalib gəlir.

APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 47 faizinin sayıldığını və S. Japarovun 73,04 faiz səs topladığını açıqlayıb.

S. Japarovun ən yaxın rəqibi 6 faizə yaxın səs toplayıb.

***

saat 18.47

Qırğız Respublikasında referendumda əksəriyyət prezident üsul-idarəsini dəstəkləyib.

APA-nın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının seçki bülletenlərinin 50 faizini emal etdikdən sonra ortaya çıxıb.

Seçicilərin 81,4 faizi prezident üsul-idarəsinə səs verib.

***

saat 18.23

Qırğız Respublikasında prezident seçkiləri və referendumda səsvermə başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 20.00-da seçki məntəqələri bağlanıb. Prezident seçkilərində seçici fəallığı 33,13 faiz, referendumda isə 33,08 faiz olub. Seçici fəallığı 30 faizdən yuxarı olduğu üçün ölkənin parlament, yaxud prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək referendum baş tutmuş sayılıb. Prezident seçkiləri isə seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılır.

***

saat 09.36

Bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir.

APA-nın məlumatına görə, referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.

Prezident postu uğrunda isə 17 namizəd mübarizə aparır. Səvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.

Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazımdır.

Qırğız Mərkəzi Seçki Komissiyası bu gün yerli vaxtla saat 10.00-a prezident seçkilərində seçici fəallığının 2,8 faiz, referendumda isə 2,78 faiz təşkil etdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR