Qırğız Respublikasında referendum baş tutub

Qırğız Respublikasında referendum baş tutub
# 10 yanvar 2021 17:02 (UTC +04:00)

Bu gün Qırğız Respublikasında keçirilən referendum artıq baş tutmuş sayılır.

APA-nın məlumatına görə, Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası bu gün keçirilən referendumda artıq seçici fəallığının 33 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir. Referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək. Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazım idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR