Qırğızıstan Baş Nazirinin müavini COVID-19-a yoluxub

Qırğızıstan Baş Nazirinin müavini COVID-19-a yoluxub
# 30 iyun 2020 10:28 (UTC +04:00)

Qırğızıstan Baş Nazirinin müavini Erkin Asrandiyev yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Respublikasının Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, E. Asrandiyevin koronavirus testinin nəticəsi pozitiv olub.

Qeyd olunub ki, Baş Nazirin müavini özünü yaxşı hiss edir və o, müvafiq qaydada müalicə olunur.

“Bununla belə, Erkin Asrandiyev işini distant rejimdə davam etdirir. Baş Nazirin müavinin xəstəliyi yüngül formada keçirir”, - deyə vurğulanıb.

E. Asrandiyevlə əlaqədə olan Qırğızıstan hökumətinin bir neçə üzvü karantinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR