Qırğızıstan Prezidenti ilk xarici səfərini Rusiyaya edib

Qırğızıstan Prezidenti ilk xarici səfərini Rusiyaya edib
# 24 fevral 2021 14:02 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov Moskvaya səfər edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Qırğızıstan Prezidenti rusiyalı həmkarı Vladimir Putin, Baş nazir Mixail Mişustin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşəcək.

Bildirilib ki, görüşlərdə iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi imkanları müzakirə olunacaq.

Qeyd edək ki, bu, S. Japarovun Qırğızıstan Prezidenti kimi xarici ölkəyə ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR