Qırğızıstanda Sadır Japarov prezidentin vəzifəsinin səlahiyyətlərindən istefa verib

Qırğızıstanda Sadır Japarov prezidentin vəzifəsinin səlahiyyətlərindən istefa verib
# 14 noyabr 2020 21:34 (UTC +04:00)

Qırğızıstan prezidenti vəzifəsini icra edən Sadır Japarov istefa verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

“Ölkə prezidenti vəzifəsinin icrasından istefa verməyə, həmçinin Qırğızıstan Respublikasının Baş naziri kimi səlahiyyətlərimi dayandırmağa qərar verdim və sıravi bir vətəndaş kimi qarşıdan gələn prezident seçkilərində iştirak edəcəm”, - məlumatda belə deyilir.

Qanuna əsasən, prezidentin vəzifəsini parlamentin spikeri Talant Mamıtov icra edəcək. Hökumət başçısının səlahiyyətləri isə Baş nazirin birinci müavini Artyom Novikova veriləcək.

Qeyd edək ki, S.Japarov 10 yanvar 2021-ci il tarixində keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədlərini bu gün MSK-ya təqdim edib.

Komissiyanın məlumatına görə, təqdim olunan namizədlərin sayının artıq 50 nəfəri keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR