Qırğızıstanın Prezident Aparatının rəhbəri və daha 16 əməkdaşı koronavirusa yoluxub

Qırğızıstanın Prezident Aparatının rəhbəri və daha 16 əməkdaşı koronavirusa yoluxub
# 27 iyun 2020 14:21 (UTC +04:00)

Qırğızıstanın Prezident Aparatının 17 əməkdaşı yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Prezidentin mətbuat xidmətinin rəhbəri məlumat verib.

Onun sözlərinə görə, Prezident Aparatının rəhbəri Dosəli Əsənəliyev və aparatın 8 əməkdaşının koronavirus testinin nəticələri müsbət çıxıb.

Prezidentin mətbuat xidmətinin rəhbəri bildirib ki, koronavirus infeksiyasına yoluxmuş əməkdaşların hamısı təcrid olunub, onlar ev şəraitində işə davam edir. O, infeksiyaya yoluxmuş şəxslərin vəziyyətinin normal olduğunu və həkim tövsiyyələrinə uyğun müalicə olunduqlarını deyib.

Qeyd edək ki, bir neçə gün öncə Prezident Aparatının daha 8 əməkdaşının analiz nəticələri müsbət çıxıb. Onların arasında Prezident Apartının Xarici Siyasət Departamentinin rəhbəri Daniyar Sıdıkov da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR