Qırğızıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək

Qırğızıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək
# 25 yanvar 2021 11:17 (UTC +04:00)

Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov ilk xarici səfərini Rusiyaya etməyi planlaşdırır.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Baş nazirinin müavini Ravşan Sabirov parlamentdə çıxışı zamanı bildirib.

“Yeni prezidentin ilk səfəri Rusiyaya planlaşdırılır”, - deyə o qeyd edib.

Baş nazirin müavini səfərin tarixini açıqlamayıb.

Xatırladaq ki, yanvarın 10-da Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Dövlət başçısı postu uğrunda 17 namizəd mübarizə aparıb. S. Japarov səslərin 79,2%-ni toplayaraq qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 28-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR