Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib

Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib
# 27 may 2020 19:58 (UTC +04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov xəstə olduğuna dair məlumatları təkzib edib.

APA TASS-a istinadən xəbər verir ki, o, bu barədə "İnstagram"da canlı yayımda bildirib.

Kadırov xəstələnməyinin normal olduğunu diqqətə çatdırıb: “Dünyada milyonlarla insan koronavirusa yoluxur, on minlərlə insan ölür, mən insan deyiləm? Xəstələnməyə haqqım yoxdur? Amma sağlamam”.

O, bayramı evdə qeyd etdiyini bildirib, əlavə edib ki, pandemiya başlayandan Qroznıda mütəmadi müayinələr aparılır.

"İki dəfə kompüter tomoqrafiyası etmişəm, bir neçə dəfə qan və başqa analizlər vermişəm. Çünki daşıyıcı olmaq ehtimalı olan insanlarla təmasdayam. Çalışıram ki, xəstələnməyim. Hər kəs bunu etməlidir”,- o əlavə edib.

Qeyd edək ki, Ramzan Kadırovun koronavirusa yoluxduğu barədə məlumatlar yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR