Ramzan Kadırovun koronavirusa yoluxduğu ehtimal olunur

Ramzan Kadırovun koronavirusa yoluxduğu ehtimal olunur
# 21 may 2020 21:50 (UTC +04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvadakı xəstəxanalardan birinə yerləşdirilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə tibbi dairələrdəki mənbə bildirib.

Kadırovun köməkçisi Çeçenistan rəhbərinin səhhətilə bağlı açıqlama verməsə də, bildirib ki, o, koronavirusla bağlı yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinə şəxsən nəzarət edir.

Lenta.ru-nun məlumatına görə isə, bir neçə gün əvvəl Ramzan Kadırovun səhhəti pisləşib və həkimlər onun paytaxt xəstəxanalarının birinə yerləşdirilməsini məsləhət biliblər.

İlkin olaraq, Kadırovun ağ ciyərlərində iltihabın olduğu bildirilib. Onun koronavirusa yoluxduğu ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR