“Rosselxoznadzor” Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib

“Rosselxoznadzor” Azərbaycanın 12 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib
# 03 fevral 2021 21:12 (UTC +04:00)

“Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

APA-nın Moskva müxbirinin “Rosselxoznadzor”un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

“Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb. Bunlar Bakı şəhəri, Sabirabab, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR