Rusiya 146 vətəndaşını Azərbaycandan təxliyə edib

Rusiya 146 vətəndaşını Azərbaycandan təxliyə edib
# 18 may 2020 17:57 (UTC +04:00)

Rusiya 146 vətəndaşını Azərbaycandan təxliyə edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 146 sərnişini olan təyyarə Bakıdan yerli vaxtla 14:37-də Moskvaya uçub. Təyyarənin Moskvanın Şeremetyevo hava limanına 17:41-də enəcəyi qeyd olunur.

Qeyd edək ki, martın 27-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar Rusiya digər ölkələrlə müntəzəm və çarter reysləri dayandırıb. Mayın 16-25 tarixlərində Rusiya xarici ölkələrdə qalan vətəndaşlarını ölkəyə gətirməyi planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR