Rusiya Albaniya diplomatını “persona non qrata” elan edib

Rusiya Albaniya diplomatını “persona non qrata” elan edib
# 08 fevral 2021 18:14 (UTC +04:00)

Rusiya Albaniya diplomatını “persona non qrata” elan edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Bu gün Albaniyanın səfiri Arben Qazioni Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və ona səfirliyin birinci katibinin “persona non qrata” elan olunduğu barədə nota təqdim olunub”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

72 saat ərzində həmin diplomatın Rusiya ərazisini tərk etməli olduğu bildirilib.

Məlum addım Albaniyanın Rusiyanın Tiranadakı səfirliyinin birinci katibinin düşünülmüş bəhanə ilə ölkədən çıxarılması qərarına cavab olaraq qəbul olunub: “Albaniya tərəfinin hərəkətlərini Albaniyada başlayan seçki kampaniyası şəraitində siyasi xal qazanmaq, Qərbdəki anti-Rusiya qüvvələrindən dəstək almaq məqsədli təxribat kimi qiymətləndiririk. Albaniya tərəfinin hərəkətləri Tirananın ölkələrimiz arasında dostluq münasibətlərini inkişaf etdirmək səylərinə ziddir. Bu cür qeyri-ardıcıllıq təəssüf doğurur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR