Rusiya Baş nazirinin sabiq müavini Sergey Prixodko 64 yaşında vəfat edib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Bildirilib ki, Sergey Prixodko uzun sürən xəstəlikdən vəfat edib.
Rusiya Nazirlər Kabineti Sergey Prixodkonun ölüm xəbərini təsdiqləyib.
Qeyd edək ki, Sergey Prixodko hökumət aparatına da rəhbərlik edib.