Rusiya Belarusa 1,5 mlrd. dollar kredit verəcək

Rusiya Belarusa 1,5 mlrd. dollar kredit verəcək
  • Clock-gray 17:15
  • calendar-gray 14 Sentyabr 2020

“Rusiya Belarusa 1,5 mlrd. dollar həcmində kredit verəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Biz razılaşdıq ki, Rusiya Belarusa bu çətin anında 1,5 mlrd dollar həcmində dövlət krediti versin. Biz bunu icra edəcəyik. Hazırda bildiyim qədəri ilə maliyyə nazirlərimiz bu barədə professional səviyyədə iş aparırlar”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, bu gün Soçidə Rusiya və Belarus prezidentləri arasında danışıqlar aparılıb. Təkbətək formatda keçirilən danışıqlardan sonra prezidentlər mətbuat önündə çıxış ediblər.

 

 

 

 

Fərid Əkbərov

Digər xəbərlər