Rusiya FTX Moskva regionunda terror aktının qarşısını alıb

Rusiya FTX Moskva regionunda terror aktının qarşısını alıb
# 25 noyabr 2020 11:11 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda terror aktının qarşısını alıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX-nın əməliyyatçıları İŞİD terror təşkilatı yuvasının Moskva regionunda hazırladığı terror aktının qarşısını alıblar. Vladimir vilayətində Mərkəzi Asiya ölkələrindən birinin qruplaşma iştirakçısı olan vətəndaşı saxlanılıb. Radikal islamçıların olduğu məkandan əldəqayırma partlayıcı qurğu, digər predmet və sənədlər aşkarlanıb.

Terrorçu yuvasının “verbovka” və terrorçuların ehtiyacı üçün pul topladığı da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR