Rusiya Federasiya Şurasının vitse-spikeri dəyişir

Rusiya Federasiya Şurasının vitse-spikeri dəyişir
# 17 mart 2021 11:21 (UTC +04:00)

Rusiya Federasiya Şurasında dəyişikliklər olacaq.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçov Şuranın vitse-spikeri İlyas Umaxanovun yerinə seçiləcək.

Kosaçovun yerini isə Rusiya xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin tutacaq.

Umaxanov Federasiya Şurasının Dinlərarası və etniklərarası dialoqla bağlı Ümumdünya konfransının keçirilməsinə hazırlıq məsələləri ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə xüsusi nümayəndəsi təyin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR