Rusiya Konstitusiya Məhkəməsi konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi haqda qərarını açıqlayıb

Rusiya Konstitusiya Məhkəməsi konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi haqda qərarını açıqlayıb
  • Clock-gray 17:52
  • calendar-gray 16 Mart 2020

Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi konstitusiyaya edilən dəyişikliklərlə bağlı qanun layihəsinin ölkənin əsas qanununa uyğun olması haqqında qərar qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi ölkə konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsinin ölkənin əsas qanununa müvafiq olduğunu hesab edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkə konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsinə baxılması üçün Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına göndərib. Dövlət Duması üçüncü oxunuşda qanun layihəsini qəbul edib. Daha sonra Federasiya Şurası və regional parlamentlər həmin qanun layihəsinə təsdiqləyiblər. Qanun layihəsi təsdiqləndikdən sonra Rusiya Prezidenti tərəfindən imzalanaraq ölkənin əsas qanununa müvafiq olmasının təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsinə görə, ölkə konstitusiyasının 171 bəndinə dəyişiklik edilməsi planlaşdırılır. Dəyişikliklərlə bağlı ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək.

Fərid Əkbərov

Digər xəbərlər