Rusiya MN: “Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər" raket kompleksi tətbiq olunmayıb”

Rusiya MN: “Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər" raket kompleksi tətbiq olunmayıb”
  • Clock-gray 20:16
  • calendar-gray 25 Fevral 2021

““İsgəndər” raket komplesklərindən heç biri Dağlıq Qarabağ münaqişəsi vaxtı tətbiq olunmayıb”. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Bizdə olan obyektiv və etibarlı məlumatlara görə, o cümlədən obyektiv nəzarət sisteminin təsdiqlədiyi məlumatlara görə, Dağlıq Qarabağ münaqişəsi zamanı heç bir “İsgəndər" raket kompleksi tətbiq olunmayıb”, deyə vurğulanıb. 

Rusiya MN-dən bildirib ki, raketlər hamısı Ermənistan Silahlı Qüvvələrinin anbarlandadır.

Nazirlik hesab edir ki, Ermənistanın Baş nazirini  komplekslərin istifadəsi ilə bağlı yanıldıblar.

Fərid Əkbərov

Digər xəbərlər