Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı olub

Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı olub
# 25 fevral 2021 20:24 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.

Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.

Rusiya dövlətinin başçısı bütün tərəfləri təmkinli olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR