Rusiya XİN ABŞ-ın S-400-lərə görə Türkiyəyə sanksiya tətbiq etməsinə münasibət bildirib

Rusiya XİN ABŞ-ın S-400-lərə görə Türkiyəyə sanksiya tətbiq etməsinə münasibət bildirib
# 16 dekabr 2020 18:11 (UTC +04:00)

“ABŞ-ın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemləri almasına görə sanksiya tətbiq etməsi Vaşinqtonun ədalətli rəqabət apara bilmədiyini bir daha göstərir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu, qaydalara uyğun oynayaraq rəqabətə tab gətirməyin mümkünsüzlüyünün növbəti təzahürüdür. Hər nə qədər qanundan kənar olsa da, özümüz üçün bəzi rəqabət üstünlüklərini təmin etməkdən ötrü əlavə addımlar atmaq lazımdır. Bunlara həm də hərbi sənaye kompleksi xətti üzrə birtərəfli sanksiyalar da daxildir", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR