Rusiya XİN Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə münasibət bildirib

Rusiya XİN Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsinə münasibət bildirib
# 18 mart 2021 18:39 (UTC +04:00)

Növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı qərara Ermənistanın daxili işi kimi baxırıq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Biz Ermənistanda tərəflərin növbədənkənar parlament seçkilərinin tarixi ilə bağlı razılığa gəldiklərini qeyd etdik. Ümid edirik ki, seçki öncəsi mərhələ konstruktiv atmosferdə keçəcək və uzunmüddətli nəticə əldə ediləcək”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu gün Baş nazir Nikol Paşinyan iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR