Rusiya XİN: Gürcüstanla uçuşların bərpası üçün şərtlər dəyişməyib

Rusiya XİN: Gürcüstanla uçuşların bərpası üçün şərtlər dəyişməyib
# 10 fevral 2021 12:21 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanla hava əlaqəsinin bərpası ilə bağlı şərtlərinin dəyişmədiyini bildirib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib ki, Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin bərpası epidemioloji vəziyyətlə yanaşı, Gürcüstan ərazisində Rusiya vətəndaşlarının təhlükəsizliyindən asılıdır.

“Gürcüstanla hava əlaqəsinə gəlincə, pandemiya ilə əlaqəli məhdudiyyətlərə əlavə olaraq, Rusiya Prezidentinin radikalların hərəkətləri səbəbindən 2019-cu ildə qüvvəyə minən fərmanı hələ də qüvvədədir. Rusiya tərəfi fərmanın ləğvi üçün şərtləri dəfələrlə səsləndirib”, - deyə Rusiya XİN başçısının müavini qeyd edib.

Xatırladaq ki, 2019-cu il iyunun 20-də başlayan və “Qavrilov gecəsi” kimi tanınan etiraz aksiyalarına cavab olaraq Rusiya tərəfi 8 iyul tarixindən etibarən Gürcüstana birbaşa uçuşları dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR