Rusiya XİN: Vaksin mövzusunu siyasiləşdirməyə hazırlaşmırıq

Rusiya XİN: Vaksin mövzusunu siyasiləşdirməyə hazırlaşmırıq
  • Clock-gray 12:41
  • calendar-gray 12 Mart 2021

“Koronavirusa qarşı Rusiya vaksini “Sputnik V” əminliklə öz effektivliyini sübut etməyə davam edir. Moskva bu mövzunu siyasiləşdirməyə və ya vaksinlə bağlı siyasi yarışlarda iştirak etməyə hazırlaşmır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyada yaradılan “Sputnik V” peyvəndi ölkəmizdə olduğu kimi, ölkə hüdudlarından kənarda da əminliklə öz effektivliyini sübut etməyə davam edir. Preparat artıq 50 ölkədə istifadə üçün qəbul olunub. Bu, milli qeydiyyatın sayına görə dünyada ikinci yer deməkdir. Növbə digər yerli peyvəndlərimzindir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər